AZ

Azərbaycan nefti ucuzlaşıb

Sentyabrın 4-də dünya bazarlarında Azərbaycan neftinin “Azeri Light” (CIF) markalı növünün 1 barelinin qiyməti 1,37 ABŞ dolları və ya 1,92% azalaraq 69,88 ABŞ dolları təşkil edib. Bu, əvvəlki günlə müqayisədə ucuzlaşma deməkdir.

“Azeri Light” markalı neftin indiyədək qeydə alınmış ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta illik qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Seçilən
36
3
anews.az

10Mənbələr