ain.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Azərbaycanda Çin istehsalı olan BYD markalı minik avtomobillərinin satıcısı – “BYD Motors Baku” MMC-nin 50 896 manat vergi borcu var.
Yenisabah.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrində bildirilir.
2024-cü ildə yaradılmış bu şirkətə Anar Əli oğlu Məlikov rəhbərlik edir. O, həm də 2023-cü ildə təsis edilmiş “BYD Motors” MMC-nin direktorudur. Bu şirkətin vergi borcu yoxdur. Dördpendirli pizza
Anar Məlikovun qardaşı Mahir Məlikov isə ötən il dövlət qeydiyyatına alınmış “BYD Motors Azerbaijan” MMC-nin rəhbəridir. Bu şirkətin də vergi borcu yoxdur.
Azərbaycanda BYD markalı maşınlar son illər populyarlaşıb. Onlar əsasən taksi fəaliyyəti ilə məşğul olanların hesabına kütləvi şəkildə satılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.