RU

Mask dəvətə baxmayaraq Trampla görüşə qatılmayıb

Ajans.az xəbər verir ki,bu barədə CNN məlumat yayıb. Mask bildirib ki, tədbirə dəvət alıb, lakin şəxsi səbəblərdən iştirak edə bilməyib: “Məni dəvət etdilər, amma təəssüf ki, gələ bilmədim. Mənim nümayəndəm orada olacaq.” Ağ Evdə keçirilən görüşdə ABŞ texnologiya sənayesinin əsas simaları – Meta şirkətinin baş direktoru Mark Zukerberq, Apple rəhbəri Tim Kuk, Microsoftun qurucusu Bill Qeyts, Google baş direktoru Sundar Pichai və OpenAI rəhbəri Sem Altman iştirak ediblər. Qeyd edək ki, daha əvvəl Mask yeni siyasi partiya yaratmaq planlarını dayandırmışdı. Məlumata görə, bu qərarın əsas səbəblərindən biri onun 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının mümkün namizədi sayılan ABŞ vitse-prezidenti J.D. Venslə münasibətləri qorumaq istəyi olub.

 

Избранный
67
14
Ajans.az

10Источники