RU

Füzulidə yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sentyabr ayının 4-də Füzuli rayonunun Babı kəndinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Ələkbər Fərəməzovun törətdiyi müəyyən olunub. Hadisə nəticəsində bir hektar ərazidə əkin sahəsi yanıb.
Ə.Fərəməzov barəsində inzibati qanunvericiliyə uyğun olaraq, 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.
Избранный
21
2
oxu.az

10Источники