Sentyabrın 4-də paytaxtın Binəqədi rayonunda sürücü polisə müraciət edərək "VAZ-2106” markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.
Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı C.Qurbanov saxlanılıb. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən aşkarlanaraq sahibinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.