RU

Tramp onları şam yeməyinə çağırdı: Maskdan başqa hamı gəldi

Ən böyük informasiya texnologiyaları şirkətlərinin rəhbərləri Ağ Evdə şam yeməyinə toplaşıblar.

Publika.az xəbər verir ki, görüşə dəvət olunan İlon Mask öz yerinə başqasını göndərib.

Mark Zukerberq, Bill Qeyts, Sem Altman və "Apple" şirkətinin rəhbəri Tim Kuk kimi sənaye nəhənglərinin rəhbərləri Ağ Evdə ABŞ prezidenti Donald Trampın dəvəti ilə bir masa arxasında toplaşıblar. “Meta”nın təsisçisi ABŞ liderinin sağında oturub.

Məlumata görə, "Tesla" və "SpaceX"in sahibi İlon Mask görüşdə iştirak etməyib. Lakin o, "X" sosial şəbəkəsində dəvət aldığını təsdiqləyib. Mask naharda şəxsən iştirak edə bilmədiyini izah edib və öz yerinə nümayəndə göndərib. Maskın görüşdə iştirak edə bilməməsi və ya iştirak etmək istəməməsinin səbəbləri rəsmi olaraq açıqlanmayıb.

Избранный
19
14
publika.az

10Источники