RU

Rusiyada təyyarə qəzaya uğrayıb: pilot həlak olub

Ajans.az Rusiya mediasına istinadən xəbər verir ki,ilkin məlumata görə, hadisə nəticəsində təyyarənin pilotu həlak olub. Qəza yerində dağıntı və digər insan itkisi qeydə alınmayıb. Təyyarə kənd təsərrüfatı məqsədilə – əkin sahələrinin kimyəvi işlənməsi ilə məşğul idi. Hadisə Aleksandro-Nevski rayonunun Zimarovo kəndi yaxınlığında baş verib. Qəza zamanı hava gəmisinin alov almadığı bildirilir. Hazırda qəzanın səbəbləri araşdırılır. İlkin versiyalar arasında pilotun səhvi, texniki nasazlıq və əlverişsiz hava şəraiti ehtimalları nəzərdən keçirilir. Qeyd edək ki, bu tip təyyarənin iştirakı ilə oxşar hadisə 2020-ci ilin iyun ayında da baş vermişdi. Həmin vaxt da Ryazan vilayətində X-32 "Bekas" təyyarəsi kənd təsərrüfatı işləri zamanı qəzaya uğramış, 1967-ci il təvəllüdlü pilot həyatını itirmişdi. Həmin hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 2-ci hissəsi üzrə – “nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olma” maddəsi ilə cinayət işi başlanmışdı. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

 

Избранный
43
1
Ajans.az

2Источники