“Baku Cinema Breeze 2025” film festivalı çərçivəsində tədbirlərin təşkili xidmətləri ilə əlaqədar 791 247 manatlıq tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Tenderi “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi elan etmişdi.
Cabir
Tarix: 5 Sentyabr 2025, 15:27