RU

Maliyyə Nazirliyi dövlət istiqrazlarının buraxılışını bərpa edib

Maliyyə Nazirliyi bu il ilk dəfə dövlət istiqrazlarının buraxılışını bərpa edib.

FED.az bu barədə Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir.

Məlumata görə, sentyabr ayının 9-da BFB-də Nazirliyin kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.

Nominal dəyəri 100 manat olan 20 milyon manat həcmində dövlət istiqrazı 8% gəlirliliklə 1080 gün müddətinə tədavülə buraxılacaq. İstiqrazlar üzrə anderrayter “PAŞA Kapital İ.Ş.” QSC-dir.

Избранный
90
4
fed.az

6Источники