RU

Bu gün Avropa liderləri Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə düzülür - Siyarto

Bakı. Trend:

Bu gün Avropa liderləri Prezident İlham Əliyevlə şəkil çəkdirməküçün növbəyə düzülürlər.

Trend xəbər verirki, bunu Macarıstanın xarici işlər və xarici ticarət naziri PeterSiyarto bildirib.

“Biz on beş il əvvəl qarşılıqlı hörmət və fayda əsasındaAzərbaycanla tərəfdaşlıq qurmağa başlayan dönəmlərdə, bəzi Avropaliderləri bizi məsxərəyə qoyur və bizə dərs keçməyə çalışırdılar.Bu gün isə həmin liderlərin özləri Bakıda Prezident İlham Əliyevləşəkil çəkdirmək üçün növbəyə dayanırlar”, - deyə o, “X” sosialşəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq Macarıstanaenergetika, əczaçılıq, kənd təsərrüfatı və tikinti sahələrindənəzərəçarpan nəticələr qazandırıb.

“MOL Group” və MVM artıq Azərbaycanın ən böyük neft-qazyataqlarında paya sahibdir və adi alıcılardan beynəlxalq bazardaenerji istehsalçılarına çevriliblər”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, sentyabrın 5-də Budapeştdə Azərbaycanla İqtisadiƏməkdaşlıq üzrə Birgə Komissiyanın 11-ci iclası keçirilib.

Məqalədə:
Избранный
9
7
az.trend.az

8Источники