RU

Hindistan ABŞ tələbinə məhəl qoymadı: Rusiyadan neft alımı davam edəcək

Hindistan ABŞ-ın idxal etdiyi məhsullara tətbiq etdiyi 50% rüsumlara baxmayaraq, Rusiyadan neft alımını davam etdirəcək.

Editor.az xəbər verir ki, Hindistan Maliyyə naziri Nirmala Sitharaman News18 telekanalına verdiyi müsahibədə bildirib:
“Ödəniş etdiyimiz neftin haradan alınacağına qərar vermək məcburiyyətindəyik və biz üçün ən sərfəlisini seçəcəyik… Biz şübhəsiz ki, Rusiyadan neft alacağıq.”

Beləliklə, Nyu-Dehli ABŞ Prezidenti Donald Tramp-ın Rusiyadan neft idxalını dayandırmaq çağırışını rəsmi səviyyədə nəzərə almayıb.

//Samir Qurbanov, Editor.az

Избранный
13
editor.az

1Источники