RU

Zelenski və Fitso görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski və Slovakiya Baş naziri Robert Fitso Ukraynanın qərbində, Ujqorod şəhərində görüşüblər.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna nəşri “İnsayder” məlumat verib.

Qeyd olunur ki, Slovakiya nümayəndə heyətinə Baş nazirin müavini və iqtisadiyyat naziri Denisa Sakova və xarici işlər və Avropa işləri naziri Yuray Blanar daxildir. Ukrayna tərəfdən isə Prezident Zelenski ilə yanaşı, Baş nazir Yuliya Sviridenko görüşdə iştirak edib.

Bundan əvvəl Zelenski Avropa İttifaqı Şurasının sədri Antoniu Koştayla da görüş keçirib.

Избранный
37
5
moderator.az

10Источники