RU

Zelenski: Slovakiya Ukraynanın Aİ-yə inteqrasiyasını dəstəkləyir

BAKI, 5 sentyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna lideri öz "Telegram" kanalında məlumat verib.

Zelenski bildirib ki, o, Fitsoya ABŞ Prezidenti Donald Trampla apardığı son telefon danışığı, "Könüllülər koalisiyası" üzvləri ilə Avropanın təhlükəsizlik arxitekturası ətrafındakı müzakirələri barədə məlumat verib.

Zelenski diqqətə çatdırıb ki, Rusiya neftinin və qazının gələcəyi yoxdur.

Volodimir Zelenski qeyd edib ki, Slovakiya Ukraynanın Avropa İttifaqına inteqrasiya yolunda dəstəyini davam etdirir: "Bu, çox önəmlidir. Həmfikirik ki, Ukrayna və Moldova birlikdə Aİ-yə üzvlüyə doğru irəliləməlidir. Həmçinin vacibdir ki, iqtisadi, enerji və infrastruktur sahələrində ikitərəfli əməkdaşlıq regionumuzda xalqlarımızı və ölkələrimizi gücləndirsin".

Избранный
6
teleqraf.com

1Источники