RU

Putin: Bizim ikibaşlı qartal Cənuba da baxır

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

"Siz indicə dediniz ki, bizim ikibaşlı qartal harasa baxır, Şərqə, Qərbə. Hələ Cənub da var", Rusiya Prezidenti Vladimir Putin bu sözləri Rusiyanın şərqində, Vladivostikda keçirilən Şərq İqsidai Forumunda deyib.

Rusiyanın rəmzi olan ikibaşlı qartal Bizans İmperiyasından Rusiyaya keçib, 15-ci əsrdə.

Bu qartalın bir başı Qərbə, digəri isə Şərqə boylanıb.

İndi isə Putinin təbirincə, Rusiyanın rəmzi olan bu qartal, həm də Cənuba baxır.

Şərq İqtisadi Forumunun aparıcısı Putindən soruşub ki, siz Çinə səfər etdiniz, orada görüşlər keçirdiniz, belə bir təəssürat yaranır ki, indi bu qartal hər iki başı ilə bir tərəfə, eyni istiqamətə, yəni Şərqə baxmağa başlayıb.

Putin isə bununla razılaşmayıb və bildirib ki, Rusiya üçün dünyanın hər tərəfi maraqlıdır və Cənubi Asiyadakı ölkələrlə də sıx iqtisadi əməkdaşlıq edirlər.

Avropa ilə bağlı isə Putin bunları deyib: "Siyasi səbəblərdən bir çox Avropa şirkətləri bizi tərk edib, bəli. Özlərinə ziyan verməklə. Biz ki, bilik, əlaqələrimiz var. Bir çoxları gözləyir ki, bütün bu siyasi xarakterli məhdudiyətlər aradalr qalxsın, geri qayıtsınlar".

Putin, Qərbin Rusiyay qoyduğu sanksiyaları nəzərdə tutaraq bunları deyib.

Rusiyanın Ukrayna ilə müharibəsi ucbatından bir çox Qərb şirkətləri Rusiyadakı fəaliyyətlərini dayandırdıqlarını açıqlayıblar.

Videoya YouTube kanalımızda baxın.

Избранный
107
bbc.com

1Источники