Türkiyə Super Liqasında transfer dönəminin ən maraqlı xəbərlərindən biri gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, Emerik Laportun “Atletik Bilbao”ya transferi son anda baş tutmayıb.
Məhz bu səbəbdən “Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın müdafiəçinin meneceri ilə əlaqə saxlanılması üçün təlimat verib.
Bu barədə məlumatı "Fotomaç" yayıb.
Hazırda Avropanın bir çox ölkəsində transfer pəncərəsi bağlandığı üçün futbolçu Türkiyəyə gəlməyə müsbət yanaşır.
Qeyd edək ki, Super Liqa klubları üçün transfer pəncərəsi 12 sentyabra qədər açıq qalacaq.
Kamil Xudiyev