RU

Kriştiano Ronaldonun Ermənistan səfərində gərgin anlar - VİDEO

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Ermənistan paytaxtı İrəvanda fanatla insident yaşayıb.

90deqiqe.Az-ın məlumatına görə, hadisə milli komandanın 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ermənistanla oyuna hazırlaşdığı bir oteldə baş verib.

Video görüntülərə əsasən, bir fanat Ronaldoya yaxınlaşıb birgə foto çəkmək istəyib. Futbolçu isə ona qarşılıq olaraq fanatı itələyib, digər fanatların yolu isə təhlükəsizlik əməkdaşları tərəfindən bağlanıb.

Qeyd edək ki, matç sentyabrın 6-da İrəvan şəhərində keçiriləcək.Ermənistan və Portuqaliya milliləri Dünya Çempionatının 2026-cı il seçmə mərhələsində F qrupunda mübarizə aparır. Qrupun digər üzvləri İrlandiya və Macarıstandır. İkinci turda Ermənistan evdə İrlandiya ilə qarşılaşacaq, Portuqaliya isə səfərdə Macarıstanla üz-üzə gələcək.

Избранный
67
90deqiqe.az

1Источники