RU

ABŞ Aİ-nin "Google"un cərimələnməsi qərarına cavab verəcək - Tramp

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Aİ-nin ABŞ-nin "Google" şirkətini3,5 milyard dollar cərimələmək qərarına cavab olaraq tədbir görməyəməcbur olacağını bildirib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social"sosial şəbəkəsində yazıb.

"Bu gün Avropa başqa bir böyük Amerika şirkəti olan "Google"u3,5 milyard dollar cərimə ilə zərbə vurub və fakitiki olaraqAmerika sərmayəsinə və iş yerlərinə gedəcək pulları əlindən aldı",- deyə o bildirib.

"Biz bunun parlaq və misli görünməmiş Amerika ixtiraçılığı iləbaş verməsinə icazə verə bilmərik və bu baş verərsə, mən vergiödəyən bu Amerika şirkətlərinə qarşı tətbiq edilən ədalətsizcəzaları neytrallaşdırmaq üçün [1974-cü il Ticarət Aktının] 301-cibölməsi üzrə icraat başlatmağa məcbur olacağam", - deyə D.Trampqeyd edib.

Избранный
3
7
az.trend.az

10Источники