RU

“Aİ “Google”u cərimələdiyinə görə cavab verəcək” —Tramp

“Bu gün Avropa daha bir böyük Amerika şirkətinə – Google-a zərbə vurdu, onu 3,5 milyard dollar məbləğində cərimələdi. Əslində bu pullar ABŞ-da investisiyalara və iş yerlərinə yönələ bilərdi”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında qeyd edib.

“Mən əvvəllər də demişdim: mənim administrasiyam belə diskriminasion addımların cavabsız qalmasına imkan verməyəcək”, – Tramp yazıb.

ABŞ Prezidenti əlavə edib ki, Google əvvəllər də saxta iddialar və cərimələr üzrə artıq 13 milyard dollar ödəyib.

Избранный
5
3
demokrat.az

3Источники