Azərbaycan milli komandası bu gün DÇ 2026-nın seçmə mərhələsində ilk oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, D qrupunda mübarizə aparan yığmamız səfərdə İslandiya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Azərbaycan tarixində ilk dəfə İslandiya ilə rəsmi matça çıxacaq. Tərəflər arasında daha əvvəl bir yoldaşlıq oyunu oynanılıb.

2008-ci ildə baş tutan qarşılaşma heç-heçə başa çatıb - 1:1.

Qeyd edək ki, bu iki yığmadan başqa D qrupunda Fransa və Ukrayna da çıxış edir. Milli komandamız sentyabrın 9-da, Bakıda Ukraynanı qəbul edəcək.

DÇ 2026-nın seçmə mərhələsi, 1-ci tur

5 sentyabr

D qrupu

22:45. İslandiya - Azərbaycan 5:0 (İkinci hissə)

Qollar: Viktor Palsson, 45+2. İsak Yohannesson, 47. 56. Albert Gudmundsson, 66. Kristian Hlinsson, 73.

Hakimlər: Sander van der Eyk

"Lauqardalsvöllur" stadionu

İslandiya: 1. Elias Rafn Olafsson, 3. Daniel Leo Qretarsson, 5. Sverrir İnqason, 4. Viktor Palsson, 23. Mikael Ellertsson, 7. Hakon Haraldsson (k), 8. İsak Berqmann Yohannesso, 16. Stefan Tordarson, 10. Albert Qudmundsson, 11. Yon Daqur Torsteinsson, 22. Andri Qudyonsen

Ehtiyat oyunçular: 12. Hakon Valdimarsson, 13. Anton Eynarsson, 2. Loqi Tomasson, 6. Gisli Tordarson, 9. Saevar Atli Maqnusson, 14. Torir Yohann Helqason, 15. Villum Villumsson, 17. Brinyolfur Villumsson, 18. Mikael Anderson, 19. Byarki Steinn Byarkason, 20. Kristian Hlinsson, 21. Daniel Qudyonsen

Baş məşqçi: Arnar Qunnlauqsson

Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 2. Rəhman Daşdəmirov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 3. Elvin Cəfərquliyev, 13. Abbas Hüseynov, 6. Səbuhi Abdullazadə, 20. İsmayıl İbrahimli, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 19. Nəriman Axundzadə

Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 21. Qismət Alıyev, 18. Cəlal Hüseynov, 5. Anton Krivotsyuk, 16. Ceyhun Nuriyev, 7. Anatoli Nuriyev, 11. Ozan Can Kökçü, 9. Renat Dadaşov, 17. Toral Bayramov, 22. Musa Qurbanlı, 15. Xəyal Əliyev

Baş məşqçi: Fernandu Santuş

22:45. Ukrayna - Fransa