DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda Azərbaycan yığması İslandiyaya böyük hesabla məğlub olub.
Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.
Qolları Viktor Palsson (45+2), İsak Yohanneson (47, 56), Albert Qudmundsson (66) və Kristian Hlünsson (73) vurublar.
Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını sentyabrın 9-da Bakıda Ukrayna seçmə komandası ilə keçirəcək.