RU

Tramp: ABŞ və Belarus 1500 məhbusun azad olunmasını müzakirə edir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton, 6 sentyabr, AZƏRTAC

ABŞ və Belarus respublikada saxlanılan daha 1500 məhbusun azad edilməsini müzakirə edir.

AZƏRTAC-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

O deyib ki, bu məsələ ABŞ-ın Ukrayna üzrə xüsusi elçisinin müavini Con Koulun Belarusa səfəri zamanı müzakirə olunub.

"1400 və ya 1500 nəfəri məhbus var. Bu, böyük rəqəmdir və biz onların azad edilməsindən danışırıq. Onların bəziləri siyasi məhbuslardır. Məncə, onlar yaxın gələcəkdə azad olunacaqlar", - deyə Tramp əlavə edib.

O, Belarus Prezidenti Aleksandr Lukaşenkonu güclü lider adlandırıb və 16 amerikalı məhbusu azad etməyə razılıq verdiyi üçün ona minnətdar olduğunu bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
2
azertag.az

3Источники