AZ

ABŞ və Belarus 1500 məhbusun azad olunmasını müzakirə edir

ABŞ və Belarus respublikada saxlanılan daha 1500 məhbusun azad edilməsini müzakirə edir.

Xezerxeber.az-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

O deyib ki, bu məsələ ABŞ-nin Ukrayna üzrə xüsusi elçisinin müavini Con Koulun Belarusa səfəri zamanı müzakirə olunub.

"1400 və ya 1500 nəfəri məhbus var. Bu, böyük rəqəmdir və biz onların azad edilməsindən danışırıq. Onların bəziləri siyasi məhbuslardır. Məncə, onlar yaxın gələcəkdə azad olunacaqlar", - deyə Tramp əlavə edib.

O, Belarus Prezidenti Aleksandr Lukaşenkonu güclü lider adlandırıb və 16 amerikalı məhbusu azad etməyə razılıq verdiyi üçün ona minnətdar olduğunu bildirib.

Seçilən
0
2
xezerxeber.az

3Mənbələr