AZ

Rusiyalı siyasi məhbus Belarus həbsxanasında öldü

Belarusun Moqilyov vilayətində yerləşən 15 saylı koloniyada siyasi məhbus Andrey Podnebennı dünyasını dəyişib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onun cəmi 36 yaşı varmış.

Ölüm xəbəri barədə onun anası Valentina sosial şəbəkələrdə məlumat yayıb.

“Hansısa alçaq əvvəlcə onu azadlıqdan, sonra da həyatdan məhrum etdi... Mənim nəvələrim atasız qaldı... Tək təsəllim odur ki, artıq heç kim oğluma nə fiziki, nə də psixoloji əzab verə biləcək”, – deyə o yazıb.

Andrey Podnebennı 2022-ci ildə 6 ittiham üzrə – o cümlədən əmlakı məhv etməyə cəhd, düşmənçilik salmaq, “ekstremist qrup” yaratmaq, Lukaşenkoya qarşı təhqir və digər bəndlər üzrə – 16 il 8 ay həbs cəzasına məhkum olunmuşdu. İstintaqın versiyasına görə, o, 39 trolleybusun təkərlərini deşib, milis idarəsi rəsmilərindən birinin avtomobilini yandırıb, həmçinin Belarusda “ekstremist” elan olunan bir Telegram kanalını idarə edib.

Rusiya vətəndaşı olan Podnebennı uşaqlıqdan Belarusda yaşayıb. Hüquq müdafiə mərkəzi “Vyasna”nın məlumatına görə, son illərdə Belarus həbsxana və koloniyalarında azı 9 siyasi məhbus ölüb, onlardan ikisi Rusiya vətəndaşı olub.

Musavat.com

Seçilən
12
50
musavat.com

10Mənbələr