Dövlət öz yerindədir və heç kimə onu hər hansı bir yolla devirməyə imkan verilməyəcək.
Publika.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət siyasətçilərinin “dövlətin dinc yolla devrilməsi” ilə bağlı bəyanatlarını şərh edərkən söyləyib.
“Biz bu illər ərzində cəmiyyətə söz vermişik ki, heç kimə bunu etməyə imkan verməyəcəyik və sözümüzü tutmuşuq, indi də söz veririk və bu sözə mütləq əməl edəcəyik”, – deyə Kobaxidze vurğulayıb.
Xatırladaq ki, “Rustaveli prospekti hərəkatı”nın lideri Paata Burçuladze oktyabrın 4-nü (yerli hakimiyyət orqanlarına seçkilər günü) “tarixi qələbə və hökumətin dinc yolla devrilməsi günü” elan edib. Müxalifət Burçuladzenin ideyasını dəstəkləyib.