RU

Tramp 38 illik qadağanı ləğv edir - Ərəbistana görə

ABŞ Prezidenti Donald Tramp 38 illik silahlara nəzarət müqaviləsinə birtərəfli qaydada yenidən baxmağa hazırlaşır. Xüsusilə, bu, MQ-9 “Reaper” kimi müasir dronların və digər qabaqcıl modellərin digər ölkələrə satışına imkan verəcək.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilir ki, Tramp Səudiyyə Ərəbistanına 100-dən çox “Reaper” PUA-sı satmaq planlaşdırır. Krallıq bu dronları 2025-ci ilin yazında tələb etmişdi.

Mənbələrə görə, bu addım 142 milyard dollarlıq silah satışı müqaviləsinin bir hissəsi ola bilər. ABŞ-ın Sakit okean və Avropadakı müttəfiqləri də bu cür silahlara maraq göstərirlər.

Избранный
16
2
axar.az

10Источники