RU

Overçuk: Rusiya və Azərbaycan iqtisadi sahədə konstruktiv iş aparırlar

BAKI, 6 sentyabr. TELEQRAF

Rusiya və Azərbaycan iqtisadi sahədə bir-birini yaxşı anlayır, bu sahədə hökumətlər və müəssisələr səviyyəsində konstruktiv iş aparırlar.

Teleqraf xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

"Azərbaycanla normal iqtisadi münasibətlərimiz var. Bunu təkrarlamaqdan yorulmuram. Bir müddət əvvəl Həştərxanda hökumətlərarası komissiyanın iclasını keçirdik. Orada hər iki tərəf vurğuladı ki, aramızda iqtisadi sahədə problem yoxdur. Biz bir-birimizi çox yaxşı anlayırıq və həm hökumətlərin iqtisadi blokları səviyyəsində, həm də müəssisələr, biznes səviyyəsində konstruktiv iş aparırıq. Burada hər şey normal gedir", - o bildirib.

Избранный
86
teleqraf.com

1Источники