RU

Bakı-Quba yolunda avtobus yük maşını ilə toqquşdu - FOTOLAR - YENİLƏNİB

Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" “Report”a istinadən xəbər verir ki, sözügedən ərazidə sərnişin avtobusu ilə yük maşını toqquşub.

İlkin ehtimallara görə, hadisəyə səbəb yük maşınının təkərinin partlaması olub.

Hadisə nəticəsində yaralıların olduğu bildirilsə də, onların dəqiq sayı və vəziyyətləri barədə məlumat verilməyib.

***

Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya verilən məlumata əsasən, bu gün saat 07:00 radələrində Bakı-Quba avtomobil yolunun 14-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, Bayram Qurbanovun idarə etdiyi “Mercedes” markalı, 77-NQ-154 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə İlham Vəliyevin idarə etdiyi “Kia” markalı, 50-AE-425 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində avtobusda olan 2 sərnişin yüngül xəsarət alıb. Ölüm və ağır xəsarət faktı qeydə alınmayıb.

İlkin ehtimala görə, hadisəyə yük avtomobilinin təkərlərindən birinin partlaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Избранный
6
17
cebheinfo.az

10Источники