RU

Mingəçevirdə kirayə mənzil qıtlığı - ŞƏRH

MİNGƏÇEVİR. 6 sentyabr. TELEQRAF

Yeni tədris ilinin başlanmasıərəfəsindəMingəçevirdə tələbələr üçün kirayə mənzillər tapılmır.

Teleqraf-ın Mərkəzi Aran bürosuna daşınmaz əmlaküzrə mütəxəssisSaləddinBaxşəliyevvəziyyəti şərh edib.

Onun sözlərinə görə, hazırda Mingəçevirdə kirayə mənzillər sarıdan ciddi qıtlıq yaşanır.

SaləddinBaxşəliyevbirotaqlı mənzilin aylıq ödəniş qiymətində ötən illə müqayisədə 50-70 manat arası bahalaşma olduğunu deyib: "Əvvəllər 200-230 manata təklif olunan 1 otaqlı mənzil indi 300 manatadır.Həmin mənzildə3 tələbə hərəyə 100 manat ödəməklə qala bilər".

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turizm və Tibb Kollecinin yerləşdiyi bu şəhər həm də tələbə şəhəri kimi tanınır.

SaləddinBaxşəliyev deyir ki, Mingəçevirdə kirayə mənzillərə böyük ehtiyac var:"Şəhərin daşınmaz əmlak bazarında qiymətlər od tutub yanır.Ötən aylarla müqayisədə fərdi torpaqların və mənzillərin satışında ciddi bahalaşma müşahidə olunur".

Избранный
79
2
teleqraf.com

3Источники