Bakı. Trend:
Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərindəkeçirilən Türkdilli Dövlətlərin III Universiadasında Azərbaycancüdoçuları uğurlu çıxış ediblər.
Trendxəbər verir ki, yarışa yollanan doqquz idmançımızın hər biri medalqazanıb.
Təmsilçilərimiz multi-idman turnirində 4 qızıl, 3 gümüş və 2bürünc medal əldə ediblər.
Nurlan Kərimli (-66 kq), Cəsur İbadlı (-90 kq), Könül Əliyeva(-48 kq) və Südabə Ağayeva (-70 kq) fəxri kürsünün ən yüksəkpilləsinə qalxıblar. Bahadır Feyzullayev (-60 kq), Mehdi Abbasov(-81 kq), Qurban Məmmədli (+100 kq) gümüş, Mehdi Cəfərov (-73 kq)və Əli Qazıməmmədov (-100 kq) bürünc medallara yiyələniblər.
Qeyd edək ki, cüdo yığmamız yekunda 9 medalla komanda hesabında3-cü yeri tutub.