"Lənkəran" heyətini daha bir amerikalı basketbolçu ilə gücləndirib. 

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı Teron Montqomery mövsümün sonuna kimi “Lənkəran”ın formasını geyinəcək. 

Hücumçu 203 sm boya malikdir. Teronun son klubu Kosta Rikanın "ARBA Koyotes" kollektivi olub.

Qeyd edək ki, "Lənkəran” bundan əvvəl amerikalı Raşed Dyson və Aydın ibrahimov transferlərini həyata keçirib.