RU

İran Rusiyaya hərbi dəstəyi azaltdı

BAKI, 6 sentyabr. TELEQRAF

“Müharibə başlayandan bəri ilk dəfə olaraq, İrandan Rusiyaya hərbi dəstək azalıb”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov məlumat verib.

Onun sözlərinə görə, İranın Rusiyaya yardımının həcmi əvvəlki illərlə müqayisədə xeyli azalıb. Azalma ilk növbədə Yaxın Şərqdəki münaqişələr və təkcə regionda deyil, İranın özündə də vəziyyətin gərginləşməsi ilə bağlıdır.

İran “Şahid” hücum PUA-ları, eləcə də digər silahlar verməklə Rusiyaya kömək etməkdə ən fəal olub.

Yusov qeyd edib ki, Rusiyanın özü “Şahid” və ya “Geran-2” zərbə dronların istehsalını artırıb və indi ayda 2700 ədədə qədər istehsal edə bilir.

Избранный
201
2
teleqraf.com

3Источники