DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.
Mərakeş millisi azarkeşlərini erkən sevindirib. Komanda seçmə mərhələnin 7-ci turunda Nigerə 5:0 hesabı ilə qalib gəlib. Nəticədə Mərakeş sona 2 tur qalmış E qrupunda xal sayını 18-ə çatdıraraq ən yaxın izləyicisi Tanzaniyanı 11 xal qabaqlayıb. Bununla da Mərakeş mundiala vəsiqəni təmin edib.
Daha əvvəl Yaponiya, İran, Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Argentina, Ekvador, Braziliya, Kolumbiya, Uruqvay və Paraqvay komandaları turnirdə iştirak etmək hüququ qazanıblar. Meksika, ABŞ və Kanada isə mundialda ev sahibləri kimi iştirak edəcəklər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта