RU

27 il evdən çıxmayan qadının həyat hekayəsi

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyənin Rizə şəhərində 13 yaşında ikən damdan yıxılaraq onurğasında ciddi zədə alan Hacere Korkmaz maddi imkansızlıqlar səbəbindən 27 il evdən çıxa bilməyib.Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, anasının vəfatından sonra müalicə üçün Ankara Qazilər Fiziki Terapiya və Reabilitasiya Xəstəxanasına üz tutan Korkmazın həyatı dəyişib.Burada aldığı müalicə sayəsində qısa məsafələri qoltuqağacı ilə gəzməyə başlayan Korkmaz, 2017-ci ildə xəstəxanada işə başlayıb, orta məktəb və liseyi bitirib, 2019-cu ildə isə əlillər üçün sürücülük vəsiqəsi alıb.Korkmaz deyir ki, xəstəxanadakı həkim və personalın dəstəyi sayəsində özünü yenidən doğulmuş kimi hiss edib:“Burada özümü heç vaxt əlil kimi hiss etmədim. Təhsil, iş və müalicə həyatımın ən böyük möcüzələridir”.Hacere Korkmaz hazırda gündəlik ehtiyaclarını özü qarşılayır, hobbiləri ilə məşğuldur və gələcəkdə səyahət etməyi planlaşdırır.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
bizim.media

10Источники