RU

Türkiyəyə səfər edən Özbəkistan turistlərinin sayı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin iyulunda Özbəkistandan Türkiyəyə 78 min 778 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 17,86 faiz çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 1,13 faiz təşkil edib.

2025-ci ilin yanvar-iyul aylarında Özbəkistandan Türkiyəyə 366 min 789 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,31 faiz çoxdur.

2025-ci ilin yanvar-iyul aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı isə 1,29 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin iyulunda Türkiyəyə 6 milyon 969 min 546 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 4,97 faiz azdır.

2025 -ci ilin yanvar-iyul aylarında 28 milyon 369 min 330 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,10 faiz azdır.

Избранный
85
50
turkic.world

10Источники