RU

Roma klubunun yeni kapitanı müəyyənləşib

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliyanın "Roma" klubunun yeni kapitanı müəyyənləşib. 

"Report" "Il Corriere dello Sport"a istinadən xəbər verir ki, 2025/2026 mövsümündə komandanı meydana Brayan Kristante kapitan kimi çıxaracaq. 

30 yaşlı italiyalı yarımmüdafiəçi 2019-cu ilin iyulundan paytaxt təmsilçisinin şərəfini qoruyur. O, 2024/2025 mövsümündə meydana çıxdığı 38 oyunda 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, futbolçunun Roma komandası ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. B.Kristante "Roma"Nın heyətində ümumilikdə meydana çıxdığı 320 matçda 19 qola, 21 məhsuldar ötürməyə imza atıb.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
5
cebheinfo.az

7Источники