RU

Ruslar Ukrayna sakinlərinə göydən saxta pullar ataraq əməkdaşlığa çağırdılar... - FOTO

Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 6-da Çerniqovun mikrorayonlarından birində 100 qrivnalı əskinaslar şəklində vərəqələr tapılıb. Vərəqələrdə ukraynalılar koordinatları bölüşməklə Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə birbaşa atəş açmağa kömək etməyə çağırılıb.  Bunun üçün onlar gerçək pul veriləcəyi vəd edilib.

Hafta.az xəbər verir ki, "Ukrainskaya pravda" bu haqda Çerniqov polisinin "Suspilne Chernihiv" kanalına çatdırıdığı məlumata istinadla yazıb.

Polisin məlumatına görə, ruslar vərəqələri drondan atıblar.

Media vərəqələrin fotolarını dərc edib.

Çerniqov polisi düşmənlə əməkdaşlığa görə cinayət məsuliyyətini də xatırladıb.

Избранный
90
hafta.az

1Источники