Bakı- Qazax şossesinin Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib.
News24.az Teleqraf-a istinadən xəbər verir ki, 77-UM-423 dövlət nişanlı “Kia” markalı nəqliyyat vasitəsinin sürücüsü ailə üzvləri ilə birlikdə paytaxtdan rayona gedirmiş.
Lökbatan qəsəbəsi ərazisində sürücü sükana nəzarəti itirdiyindən maşın yolayrıcı dəmirə çırpılıb.
Qəza zamanı sürücü, onun qızı, oğlu və həyat yoldaşı ağır xəsarətlər alıb.
Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Mərkəzdən verilən məlumata görə, sürücü və oğlunun vəziyyəti ağırdır.

