Bu gün İspaniyanın Barselona şəhərində 2025-ci il mövsümünün 15-ci mərhələsi – Kataloniya Qran-prisinin sprint yarışı keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, yarışda qələbəni altıqat dünya çempionu, “Ducati” sürücüsü Mark Markes qazanıb. İkinci yeri fransalı Fabio Quartararo (“Yamaha”), üçüncülüyü isə italiyalı Fabio Di Cannan Tonio (“Ducati”) tutub.
Qeyd edək ki, Mark Markesin qardaşı, 29 yaşlı ispan pilotu Aleks Markes uzun müddət liderliyini qorusa da, finişə dörd dövrə qalmış yıxılaraq mübarizəni dayandırıb.
MotoGP. Kataloniya Qran-prisi. Sprint yarışı:
Mark Markes (“Ducati”) — 19:58.946
Fabio Quartararo (“Yamaha”) +1.299
Fabio Di CannanTonio (“Ducati”) +3.653
Pedro Akosta (“KTM”) +5.868
Enea Bastianini (“KTM”) +5.913
Brad Binder (“KTM”) +5.943
Johan Zarco (“Honda”) +7.017
Luka Marini (“Honda”) +7.346
Ai Ogura (“Aprilia”) +8.488
Migel Oliveyra (“Yamaha”) +8.578