RU

Bakıda daha bir ağır qəza: bir ailənin bütün üzvləri yaralandı

Bakı-Qazax şossesinin Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, 77-UM-423 dövlət nişanlı “Kia” markalı nəqliyyat vasitəsinin sürücüsü ailə üzvləri ilə birlikdə paytaxtdan rayona gedirmiş.

Lökbatan qəsəbəsi ərazisində sürücü sükana nəzarəti itirdiyindən maşın yolayrıcı dəmirə çırpılıb.

Qəza zamanı sürücü, onun qızı, oğlu və həyat yoldaşı ağır xəsarətlər alıb.

Qəza ilə bağlı TƏBİB-in verdiyi məlumatda qeyd olunub ki, təcili tibbi yardım briqadası tərəfindən 4 nəfərə (2-si uşaq olmaqla) zəruri tibbi xidmət göstərilib və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Избранный
21
1
axar.az

4Источники