RU

Rodri “Qızıl top” favoritlərini açıqladı

İspaniya millisinin və İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Rodri 2024/2025 mövsümünün nəticələrinə görə “Qızıl top” mükafatını kimə verəcəyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, "Sport.es" futbolçunun dediklərini belə çatdırıb. 

“Qızıl top" məsələsi çətindir. Komanda yoldaşlarıma qarşı üstünlüklərim var. PSJ mövsümün komandası idi və onların içindən kimin qalib olacağını təsəvvür etmək çətindir. Amma şəxsi münasibətlərimə görə Lamin (Yamalya) və ya Pedriyə üstünlük verərdim. İdman nailiyyətləri baxımından isə bu mükafatı Usman (Dembele) və ya Vitinyaya vermək olardı.”

Qeyd edək ki, Rodri 2024-cü ildə də “France Football” jurnalı tərəfindən təqdim olunan “Qızıl top” mükafatını qazanıb.

Избранный
80
90deqiqe.az

1Источники