RU

“Çelsi”dən “Bavariya”ya

“Çelsi”nin hücumçusu Nikolas Cekson yay transfer pəncərəsinin son günlərində “Bavariya”ya keçidini rəsmiləşdirib.

90deqiqe.Az-ın məlumatına görə, transfer danışıqları az qala fiaskoya uğrayırdı, çünki “Çelsi” futbolçusu Liam Delapın zədələnməsi səbəbindən bu keçidi bloklamağa çalışmışdı. Lakin klublar yeni şərtlər əsasında razılığa gəliblər.

Bu transferdə Ceksonun özünün rolu böyük olub. 24 yaşlı seneealli futbolçu Münhenə köçmək üçün “Çelsi”dən almalı olduğu məbləğin bir hissəsindən imtina edərək “Bavariya”ya dəstək olub. Bu keçid Münhen klubuna16,5 milyon avroya başa gəlib.

Bu transfer həm “Bavariya”nın hücum xəttini gücləndirmək istəyini, həm də Ceksonun karyerasında yeni səhifə açmaq arzusunu əks etdirir. Münhen təmsilçisinin gələcək planlarında Ceksonun mühüm rol oynayacağı gözlənilir.

Избранный
115
90deqiqe.az

1Источники