RU

Fofana “Liverpul” və “Çelsi”dən gələn təklifləri niyə rədd etdiyini açıqlayıb

“Lion” klubunun cinah oyunçusu Malik Fofana yay transfer pəncərəsində İngiltərə klublarından gələn təklifləri qəbul etməməsinin səbəbini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, "hbvl.be" 20 yaşlı futbolçunun dediklərini belə çatdırıb. 

“Bu təkliflər kifayət qədər konkret deyildi. Transfer barədə düşünürdüm, amma indi mənim üçün əsas olan çox oynamaqdır. Bu isə yalnız “Lion”da mümkün ola bilər, çünki hələ çox inkişaf etməliyəm”

Fofananın bazar dəyəri 30 milyon avro qiymətləndirilir. Cari mövsümdə o, 3 oyuna çıxaraq 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Keçən mövsüm isə 41 matçda 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
94
90deqiqe.az

1Источники