RU

Zelenskidən silah istehsalı ilə bağlı açıqlama - Tarixdə ilk dəfə olaraq...

BAKI, 7 sentyabr. TELEQRAF

"Rusiyanın genişmiqyaslı işğalı zamanı Ukrayna silah istehsalını əhəmiyyətli dərəcədə artırdı və hazırda Müdafiə Qüvvələrinin 60 faizi öz silahlarımızla təmin olunur".

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində bildirib.

O bildirib ki, Ukrayna yeni birgə silah istehsalı müəssisələri yaradır. Xüsusilə, tarixdə ilk dəfə olaraq öz ərazisində Danimarka ilə birgə zavodun tikintisinə başlayıb. O, qeyd edib ki, bu müəssisə Ukrayna raketləri və dronları üçün komponentlər istehsal edəcək.

Избранный
81
teleqraf.com

1Источники