RU

ABŞ ilə nüvə danışıqları vasitəçilər üzərindən davam edir - Tehran

Bakı. Trend:

Rəsmi Tehran və Vaşinqton nüvə proqramı ilə bağlı böhranın həlliməsələsində vasitəçilər üzərindən mesaj mübadiləsini davametdirir.

Trend-in “Tasnim”əistinadən xəbərinə görə, bunu İranın Xarici İşlər Nazirliyininrəhbəri Abbas Əraqçi bildirib.

Əraqçi qeyd edib ki, ABŞ qarşılıqlı hörmət əsasında danışıqlarahazır olduğu gün İran da buna hazır olacaq:
"Hüquqlarımıza və maraqlarımıza hörmət edilməlidir."

Nazirin sözlərinə görə, Tehran əvvəlki şərtlərlə danışıqlarmasasına qayıtmayacaq, mövcud vəziyyəti nəzərə alaraq yeni çərçivəüzərində razılaşmaq lazım gələcək.

O həmçinin vurğulayıb ki, Avropa ölkələri ilə də BMTTəhlükəsizlik Şurasının anti-İran sanksiyalarının bərpası təşəbbüsüilə bağlı danışıqlar aparılır:
"Böyük Britaniya, Almaniya və Fransa böyük səhv edərək 'snapback'mexanizminə müraciət etdilər. Bu, vəziyyəti daha damürəkkəbləşdirdi. Danışıqlar davam edir və ümid edirəm ki,qarşılıqlı anlaşmaya nail olacağıq."

Избранный
61
2
az.trend.az

4Источники