Bakı. Trend:
Fransanın şimal-qərbində faciəvi yol-nəqliyyat hadisəsi başverib.
Trend xəbər verirki, AFP agentliyinin məlumatına görə, Manş departamentinin Piruşəhərində avtomobilin izdihama girməsi nəticəsində 1 nəfər ölüb, 6nəfər isə yaralanıb.
Məlumata əsasən, avtomobildə olan iki sərnişin də xəsarətalıb.
Rəsmi açıqlamada bildirilib: “Sahildə yerləşən Piru şəhərindəavtomobilin insanları vurması nəticəsində bir nəfər ölüb, bir neçənəfər yaralanıb. Təcili yardım xidmətləri altı zərərçəkənə yardımgöstərib: dörd piyada və avtomobildə olan iki sərnişin”.
Hadisənin səbəbləri barədə əlavə məlumat verilməyib.