RU

ABŞ-da helikopter qəzası

ABŞ-ın Minnesota ştatında Airlake hava limanı yaxınlığında "Robinson R66" helikopteri qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Qəzadan sonra helikopter yanmağa başlayıb və təcili xidmətlər tərəfindən yerli vaxtla şənbə günü, saat 14:45-də aşkar edilib. Helikopterdə olanların sağ qalmadığı bildirilir.

Hadisə ilə bağlı təhqiqata ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası da cəlb olunacaq.

Избранный
68
publika.az

1Источники