RU

Britaniya sığınacaq ala bilməyənləri deportasiya edə bilər

Britaniya

Böyük Britaniya hökuməti qeyri-qanuni miqrantların yerləşdirilməsi üçün keçmiş hərbi bazalardan istifadə etməyi nəzərdə tutur. Bu barədə The Daily Telegraph məlumat yayıb.Nəşrin yazdığına görə, miqrantların hərbi bazalarda yerləşdirilməsinin əsas məqsədi onların otellərdə saxlanılmasına çəkilən xərcləri azaltmaqdır. Qaçqınların yaşayış xərcləri yerli əhali arasında narazılıq doğurub.Miqrantların London yaxınlığındakı Esseks və Kent qraflıqlarında yerləşdirilməsi planlaşdırılır. Bu məkanlar əvvəlki hökumət dövründə də hazırlanmışdı.Mart ayında The Times yazmışdı ki, Britaniya sığınacaq müraciəti rədd olunan miqrantların Balkan ölkələrinə deportasiya olunması imkanını araşdırır. Nəşrin məlumatına görə, London qəbul edəcək ölkələrə hər bir deportasiya olunan əcnəbi üçün kompensasiya ödəməyi planlaşdırır.Qəzetin mənbələri bildiriblər ki, Britaniya bu məsələni Albaniya, Serbiya, Bosniya və Herseqovina, həmçinin Şimali Makedoniya ilə müzakirə etmək niyyətindədir.Ulusum.az

Diqqət Çəkənlər

Nebahat Çehre-dən nostalji paylaşım- "Aşk-ı Memnu" sevənləri həyəcanlandı

Kıvanç Tatlıtuğ, Halit Yukayın dəfn mərasimində göz yaşlarına boğuldu - FOTO

"Tağıyev: Neft" filmi "Oskar" mükafatına namizəd təqdim edildi

Избранный
71
ulusum.az

1Источники