RU

Zelenski Putini Kiyevə dəvət etdi – “O, terrorçunun paytaxtına gedə bilmərəm"…


Ukrayna prezidenti Zelenski Rusiya prezidenti Putinin Moskvada görüş dəvətini rədd edərək, Putini Kiyevə dəvət edib.

"Putin Kiyevə gələ bilər. Ölkəm raket hücumlarına məruz qaldığı bir vaxtda mən Moskvaya gedə bilmərəm. O, terrorçunun paytaxtına gedə bilmərəm" - deyə Zelenski bildirib.

Zelenski Rusiya liderinin müharibəni bitirmək fikrində olmadığını deyərək, Putinin hər iki tərəf üçün qəbuledilməz təkliflər irəli sürərək prosesi gecikdirməyə çalışdığını bildirib.

"Biz Putinə etibar edə bilmərik. O, oyun oynayır, indi də ABŞ-la oynayır" - deyə Zelenski bildirib.

Xatırladaq ki, sentyabrın 3-də Putin Ukrayna müharibəsi ilə bağlı tunelin sonunda işığı gördüyünü deyib, Zelenskini Moskvaya dəvət edib və onunla görüşməyə hazır olduğunu bildirib.

TAHİR

Избранный
21
46
baki-xeber.com

10Источники