DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Ukrayna oyunundan öncə təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı bəlli olub.
Fanat.Az xəbər verir ki, məlumatı AFFA-nın mətbuat xidməti yayıb.
8 sentyabr
Azərbaycan milli komandası
10:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Liv Bona Dea Arena”)
12:00. Mətbuat konfransı (“Liv Bona Dea Arena”)
Ukrayna milli komandası
17:30. Mətbuat konfransı (Tofiq Bəhramov adına Respublika Stadionu)
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Tofiq Bəhramov adına Respublika Stadionu)