RU

Ange Mutsinzi Nigeriyaya qarşı 90 dəqiqə oynadı

“Zirə”nin mərkəz müdafiəçisi Ange Mutsinzi futbol üzrə Ruanda milli komandasının heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Nigeriya yığmasına qarşı mübarizə aparıb.

Ruanda millisi rəqib meydanında 0:1 hesabı ilə uduzub. Start heyətində yer almış Ange 90 dəqiqə oynayıb.

C qrupunda yer almış Ruanda millisi 7 turdan sonra 8 xalla 4-cü pilləyə düşüb. Nigeriya isə 10 xalla 3-cü sıraya yüksəlib. Mutsinzinin komandası növbəti oyununu sentyabrın 9-da səfərdə Zimbabveyə qarşı keçirəcək.

Xatırladaq ki, Ange Mutsinzi “Zirə”yə 2024-cü ilin yayında Norveçin “Jerv” klubundan cəlb olunub. Mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. O, Azərbaycan klubunun heyətində 46 oyun keçirib.

Mutsinzi 2019-cu ilin sentyabr ayında debüt etdiyi Ruanda yığmasının heyətində 31 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

error: Məzmun qorunur!
Избранный
56
6
arena.az

10Источники